Mərhum meyxana ustadı Nizami Rəmzinin qızı Heyran "AStar" verilişində qonaq olub.
Oxu24.com Axşam.az-a istimadən xəbər verir ki, o, reabilitasiya mərkəzində müalicə alan Nizami Rəmzinin qızı Reyrandan söhbət açıb. Heyran onun Nizami Rəmzinin ailəsindən biri olmadığını bildirib:
"Bu yaxınlarda o dediyiniz şəxs (Heyranı nəzərdə tutur - red.) belə bir cümlə işlətdi. Söylədi ki, "Nizami Rəmzi demədi, halbuki ona görə səni müalicə edirlər. Həmin xəstəxanannın müdirini göstərdi dedi ki, mənim atam budur. Mənim bacım oradakılardır. Qardaşım da buradadır". Belə bir adamın öz aliləsi var. Mən o adam haqqında nə danışım? Onun artıq öz ailəsi var. Söylədi ki, mənim ailəm buradadır. Sözü o oldu ki, atamı tapmışam. Bu adam atasını tapıb. Mən başqasının atası barəsində nə danışa bilərəm? O özü-özlüyündə Nizami Rəmzinin qızı olmağından çıxdı. Əli ilə göstərdi də ki, atası odur. Özündən bəlkə də 10 yaş kiçik idi. Hər kəsin fikrinə hörmət edirəm. Bu haqda necə danışım? Kiçik bacımla isə gözəl münasibətimiz var. Nizami Rəmzinin qızıdır, gözəl də ailəsi var. Nizami Rəmzinin ailəsi dediyiniz adamdan ibarət deyil. Onun çox gözəl ailəsi var. İnsanlar yanlış tanımasınlar. Mən, bacım, o biri həyat yoldaşından olan övladları var. Nizami Rəmzinin ailəsi o dediyiniz adamdan (Heyranı nəzərdə tutur - red.) ibarət deyil. Onun Nizaminin ailəsinə dəxli yoxdur. Əslinə qalsa, toylu-büsatlı, el şahidi ilə mənim anamla evlənib. Mən və İlhamə onun əsl övladlarıyıq. Kiçik bacımızla da münasibətimiz gözəldir. Çünki o, Nizami Rəmzinin qızıdır".
Qeyd edək ki, Nizami Rəmzi 1997-ci ildə, 49 yaşında yol qəzasında vəfat edib. O, üç dəfə ailəli olub və 6 övladı dünyaya gəlib. Reyhan reabilitasiya mərkəzində müalicə alır.
Oxu24.com
ŞƏRHLƏR