Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
112005
az

“Ayaz” avtoservisin fəaliyyəti dayandırıldı - VİDEO

15:0013 İyun, 2024
54
CƏMİYYƏT
  • A

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Bakının Yasamal rayonunda yerləşən yanğın təhlükəli avtoservisin fəaliyyətini dayandırıb.

FHN-dən verilən xəbərə görə, Xidmət tərəfindən “FS Avto” MMC-yə məxsus “Ayaz” avtoservisində yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

- avtoservisdə propan tipli qaz balonlarından istifadə edilir;

- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb və elektrik xətləri yanar materialların üzəri ilə çəkilib;

- avtoservisin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb;

- avtoservisin daxilində layihədən kənar taxta konstruksiyadan ibarət tikililər inşa edilib;

- təxliyə planı işlənib hazırlanmayıb;

- avtoservisin ərazisində yanğın su hovuzu mövcud deyil;

- obyekt daxili yanğın su kranları və avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu ilə təchiz edilməyib;

- avtoservisin daxili yanar-sürtgü materiallardan təmizlənməyib;

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Yasamal rayonunda yerləşən “FS Avto” MMC-yə məxsus “Ayaz” avtoservisinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda 24 saxta domen bloklanıb
Bakıya yeni elektrik qatarı gətirildi
Bağçalara qeydiyyat başladı

Son günlər artan göz xəstəliklərinin səbəbi AÇIQLANDI

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Putin avtomobili özü sürdü - VİDEO
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Axtarışda olan beş nəfər saxlanılıb