Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
112002
az

Polşa Ukraynaya "Patriot"lar verməyəcək: "Özümüzə lazımdır..."

14:0113 İyun, 2024
131
DÜNYA
  • A

Polşa özünün "Patriot" hava hücumundan müdafiə sistemlərini Ukraynaya vermək niyyətində deyil.

Oxu24.com xəbər verir ki, bunu Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri Yaçek Severa təsdiqləyib.

Onun sözlərinə görə, bu sistemlər Polşanın öz qoşunlarının infrastrukturunu və qruplarını qorumaq üçün lazımdır, ona görə də onların Ukraynaya verilməsi Polşanın özünün təhlükəsizliyini azaldar.

Almaniyanın müdafiə naziri Boris Pistorius da ölkəsinin artıq Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri vermək imkanının olmadığını bildirib. O, xatırladıb ki, Almaniya artıq üç belə sistemi Kiyev hakimiyyətinə təhvil verib, indi növbə digər tərəfdaşlarındır.

Bir gün əvvəl KİV-də ABŞ-ın Kiyevə daha bir “Patriot” verməsi ilə bağlı məlumatlar yayılsa da, bu, Ağ Ev və Pentaqon tərəfindən rəsmən təsdiqlənməyib. Növbəti yardım paketi məsələsinə bu gün- iyunun 13-də Brüsseldə Ukraynaya hərbi yardım üzrə təmas qrupunun iclasında baxılacaq.

Yeganə

Mənbə: Bloomberg.com
 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Federasiya Şurası Avropa Parlamentinin Gürcüstanla bağlı siyasətindən danışıb
İsrail ordusu Qəzzada yeraltı tuneldə girov cəsədi tapıb
Blinken: ABŞ Baydenin vəzifəsinin son gününə qədər Kiyevə kömək edəcək

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Zaqatalada daha bir yeni doğulan körpə öldü