Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian bildirib ki, Pekin istənilən qeyri-qanuni birtərəfli sanksiyalara qəti şəkildə qarşı çıxır.
Oxu24.com-un xəbərinə görə, diplomat qeyd edib ki, Çin Xalq Respublikası (ÇXR) və Rusiya Federasiyası hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı əlaqələri davam etdirir, öz daxili məntiqinə və mühüm sabitliyə malik olan, həmçinin hər iki ölkənin maraqlarına cavab verən qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirir.
L.Jian vurğulayıb ki, Çin ABŞ-ın Rusiyaya qarşı elan etdiyi yeni sanksiyalar paketinə qarşıdır.
Xatırladaq ki, ABŞ müdafiə, maliyyə, energetika və ictimai sahələrə təsir edən Rusiya əleyhinə sanksiyaların yeni siyahısını dərc edib. Amerikanın sanksiyalar siyahısına İT və aviasiya ilə bağlı şirkətlər də daxil edilib. Bundan əlavə, Vaşinqton Rusiyanı maliyyə institutları, o cümlədən "VTB" və "Sberbank" ilə əməliyyatlara görə xarici banklara qarşı sanksiyalar tətbiq etməklə hədələyir. ABŞ sanksiyaları Rusiya, Asiya, Avropa, Afrika və Yaxın Şərqdə 300-dən çox fiziki və hüquqi şəxsə təsir edib.
Yeganə
Mənbə: TASS.ru
ŞƏRHLƏR