Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111981
az

Bakı hava limanında sərnişin dövriyyəsi mayda 36 % artıb

12:5413 İyun, 2024
129
İQTİSADİYYAT
  • A

Bu ilin may ayında Heydər Əliyev Beynəlxalq Aeroportu 625 mindən çox sərnişinə xidmət göstərib.

Oxu24.com hava limanına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 36 % çoxdur.

Ötən ay 14-ü aşağıbüdcəli (loukoster) olmaqla 34 aviaşirkət Bakıya və Bakıdan 4 905 uçuş həyata keçirib. Beynəlxalq marşrutlar üzrə sərnişin dövriyyəsinin 55 %-i xarici aviaşirkətlərin, qalan hissəsi isə milli aviadaşıyıcı - "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) payına düşüb. Ümumilikdə xarici aviaşirkətlər 314 mindən çox, AZAL isə 252 min sərnişin daşıyıb. Bu müddətdə Naxçıvan istiqamətində 60 minə yaxın sərnişinə xidmət göstərilib.

Əhəmiyyətli artım tranzit sərnişinlərin sayında müşahidə olunub - 2023-cü ilin may ayı ilə müqayisədə 2 dəfə artaraq 29,7 min nəfər təşkil edib.

Mayda Bakıdan ən populyar beynəlxalq istiqamətlər sırasında İstanbul, Moskva, Tbilisi, Dubay, Əbu-Dabi, Ankara, Şarja, Dehli, Sankt-Peterburq və Doha şəhərləri olub. Bu istiqamətlərdə 354 mindən çox sərnişinə xidmət göstərilib.

Heydər Əliyev Beynəlxalq Aeroportu bütün sərnişinlər üçün maksimum rahatlıq, yüksək keyfiyyətli xidmət göstərməyə çalışaraq infrastrukturunu təkmilləşdirməkdə və marşrut şəbəkəsini genişləndirməkdə davam edir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Azeri Light” bu gün      neçəyə      satılır?
Kəlbəcər, Laçın və Ağdərədə daha 6 SES tikilir- Video
Bu şəxslərin pensiyalarıiki     dəfə       artırılacaq

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi