Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111969
az

Qazi və şəhid ailələrinə mühüm xəbər: Mənzil növbəsi...

11:4913 İyun, 2024
69
CƏMİYYƏT
  • A

Azərbaycanda şəhid ailələlərin bütün üzvləri mənzil növbəsinə dayana biləcək.

Oxu24.com xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna təklif edilən dəyişikliklə bağlı danışarkən deyib.

Komitə sədrinin sözlərinə görə, bir müddət əvvəl parlamentə adıçəkilən kateqoriyadan olan şəxslərin mənzil növbəsi ilə bağlı müəyyən müraciətlər daxil olurdu ki, Qarabağ qazisi növbədə olarkən dünyasını dəyişirdisə onun ailə üzvləri həmin növbədən avtomatik çıxarılırdı:

“Ona görə də bununla bağlı boşluğu qanunvericilikdə aradan qaldırdıq. Statusa sahib olmayan digər ailə üzvləri də mənzil növbəsinə yazıla biləcək”.

“Eyni prosesi bir neçə hallarda şəhid ailələri arasında da müşahidə etdik. Ona görə də aidiyyəti üzrə bütün məsələlər müzakirə olundu və qanunvericiliyə müvafiq düzəlişlər edilib. Əgər şəhidin həyat yoldaşı dünyasını dəyişirsə, şəhidin övladları status yaşından keçirdisə, mənzil növbəsinə iddialı ola bilmirdilər. Bundan sonra yeni dəyişikliklə şəhidin mənzil hüququna malik ailə üzvü dünyasını dəyişərsə şəhid ailəsi statusu olmayan ailə üzvləri də mənzil növbəsinə yazıla biləcək”, - M.Quliyev vurğulayıb.

Sədr eyni zamanda bildirib ki, bu günə qədər Azərbaycanda 15 mindən çox şəhid ailəsi üzvü və Qarabağ qazisi mənzillə təmin olunub:

“Proses demək olar ki, yekunlaşmaq üzrədir. Yəqin ki, il yarım ərzində bu kateqoriyadan olan bütün vətəndaşlarımız mənzillə təmin olunacaq”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Avtoxuliqanlıq edən iki gənc həbs olundu - VİDEO
Bakıda usta binadan yıxıldı
Sağlamlığınız üçün bu vərdişlərdən imtina edin

Son günlər artan göz xəstəliklərinin səbəbi AÇIQLANDI

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Futbolda şok yaşandı: Polis qapıçını güllələdi +VİDEO
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Cinayətdə şübhəli bilinən 26 nəfər saxlanıldı