ABŞ-ın keçmiş prezidenti Donald Tramp seçici dəstəyinə görə indiki prezident Co Baydeni qabaqlayır, lakin iyun ayında onun Florida ştatında bu dəstəyi azalıb.
Oxu24.com xəbər verir ki, bunu Florida Atlantik Universitetində dərc olunan sorğunun nəticələri sübut edir.
Respondentlərin 46 faizi Trampın lehinə, 42 faizi Baydenə üstünlük verib. Aprel ayında Floridada bu rəqəmlər müvafiq olaraq 50 və 42 faiz idi. Beləliklə, iki iddiaçı arasındakı fərq 8 faiz bəndindən 4 faiz bəndinə enib.
Qeyd edək ki, Tramp 2019-cu ildə daimi yaşayış yerini dəyişərək Nyu-Yorkdan Florida ştatının "Palm Beach" şəhərinə köçüb. Bu, onun Mar-a-Laqo iqamətgahının yerləşdiyi yerdir.
Yeganə
Mənbə: Bloomberg.com
ŞƏRHLƏR