Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111961
az

Fransa Ukrayna ilə bağlı sülh danışıqlarını dəstəkləyib

11:1813 İyun, 2024
73
DÜNYA
  • A

"Ukrayna münaqişəsi ilə bağlı sülh danışıqları aparılmalıdır".

Oxu24.com xəbər verir ki, bunu Avropa Parlamentinə (AP) seçkilərdə qalib gələn “Milli Mitinq” partiyasından olan fransız siyasətçisi Lui Alio “Europe 1” radiostansiyasının efirində deyib.

“Fransa xüsusilə Ukraynada sülh və diplomatiyanın tərəfdarıdır. Sülh danışıqları aparılmalıdır”, - deyə siyasətçi bildirib.

O, qeyd edib ki, Ukraynada və Qəzza zolağında münaqişələr diplomatik yollarla həll olunarsa, tezliklə bitə bilər. L.Alionun fikrincə, Qərb ölkələri oduna çoxlu yanacaq qatıb və bununla da Ukraynadakı hazırkı hərbi əməliyyatları uzadır.

Xatırladaq ki, iyunun 7-də Rusiya prezidenti Vladimir Putin Kiyevlə danışıqlara başlamaq üçün iki şərt göstərib. O, Moskvanın maraqlarına uyğun gələn və mümkün qədər etibarlı razılaşmalara nail olmağın vacibliyini vurğulayıb.

Yeganə

Mənbə: Lenta.ru
 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Akvariumda dəhşət: Nəhəng balıq "su pərisi"ni dişlədi - VİDEO
TƏCİLİ! Rusiyadan şok qərar: Bu tarixdən başlayır
Ukrayna Niderlanddan F-16 qırıcılarının yeni partiyasını gözləyir

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi