Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111930
az

Qaşıntının qarşısını necə almaq olar?

22:3912 İyun, 2024
99
CƏMİYYƏT
  • A

Gecələr qəfil yaranan qaşınma yatmağınıza mane olur və ya səpgilərlə müşayiət olunursa, mütəxəssisə müraciət etməyi gecikdirməməlisiniz.

 Ancaq bəzi qaşıntıların bəsit səbəbləri də ola bilər.

OXU24.COM  xəbər verir ki, gecə baş verən əsassız qaşınmaların səbəbləri atopik dermatit, ürtiker və psoriaz kimi dermatoloji problemlər ola bilər.Gecə qaşınmasına səbəb ola biləcək xəstəliklər arasında dəmir çatışmazlığı, şizofreniya, narahat ayaqlar sindromu da var. Həmçinin hamiləlik də qaşıntıya səbəb ola bilər.

Bədəndə qaşınma ekzema kimi dəri xəstəlikləri, həşərat dişləmələri, çiçək tozu, qida və dərmanlara allergik reaksiyalar, parazitlər, hormonal dəyişikliklər, qaraciyər xəstəlikləri, diabet, limfoma və bəzi xərçəng növləri səbəbindən baş verə bilər.

Nə zaman təhlükəli hesab edilməlidir?

Əgər qaşınma dərinin və gözlərin sararması, qarın ağrısı və şişkinlik, sidiyin rənginin tündləşməsi kimi əlamətlərlə müşayiət olunarsa, səbəbi qaraciyər xəstəliyi ola bilər. Belə hallarda mütləq həkimə müraciət edilməlidir.

Qaşıntının qarşısını necə almaq olar?

Qaşıntının səbəbi təhlükəli xəstəlik deyilsə, müalicəsində mütəmadi olaraq nəmləndiricidən istifadə etmək, soyuq kompres tətbiq etmək, dərinin təmizlənməsinə diqqət yetirmək, antihistaminik dərmanlardan istifadə etmək, pambıq paltarlar geyinmək, kifayət qədər su içmək, qaşıntıya yaxşı təsir edən mineral və vitaminlərdən istifadə etmək vacibdir.

Məsələn, hindistan qozu yağında olan E vitamini dərinin rahatlamasına kömək edərək qaşınmanın qarşısını alır. Bu yağı dərinizə az miqdarda tətbiq edə bilərsiniz. Bu, həm də qaşınma nəticəsində yaranan səpgilərin qarşısını alacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sağlamlığınız üçün bu vərdişlərdən imtina edin
Planetin ən uzunömürlü heyvanı odur - FOTO
Əsgərlikdən qayıtdığı gün qardaşının dənizdə batdığını öyrəndi -VİDEO

Son günlər artan göz xəstəliklərinin səbəbi AÇIQLANDI

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Futbolda şok yaşandı: Polis qapıçını güllələdi +VİDEO
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Cinayətdə şübhəli bilinən 26 nəfər saxlanıldı