Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111929
az

İsmayıl qurbanı nə vaxt kəsilməlidir?

22:2912 İyun, 2024
119
MANŞET
  • A

Qurban bayramı günü bayram namazından əvvəl qurbanlar kəsilə bilməz.

OXU24.COM  xəbər verir ki, bunu Trend-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Səbail rayonu üzrə  Müftüsü, Şəhidlər məscidinin İmamı Mirzaid Qənbərov bildirib.

Din xadimi qeyd edib ki, bayram namazı qılınmadan kəsilən qurbanlar İsmayıl qurbanı sayılmır, sədəqə qurbanı hesab olunur, ona görə də həmin şəxs bayram günlərində yenidən qurban kəsdirməlidir. 

QMİ nümayəndəsi bildirdi ki, Azərbaycanda Qurban Bayramının bayram namazları iyunun 16-da məscidlərdə yerli vaxtla səhər saat 07.00-da, 08.00 -da qılınacaq. 

"Qurbanlar mütləq bayram namazları qılındıqdan sonra kəsilməlidir. Əgər kimsə bilmədən bayramdan əvvəl və ya bayram günü namazdan əvvəl qurbanını kəsərsə, bu İsmayıl qurbanı sayılmır. Qurbanlar bayram günü səhər saatlarında bayram namazı qılındıqdan sonra başlayaraq bayramın 3-cü gününə qədər kəsilə bilər. Qurban kəsdirən şəxs əti neçə hissəyə bölmək istəyərsə bölüb paylaya bilər. İsmayıl qurbanını kəsdirmək imkanı olan hər bir müsəlmana Allahın əmridir" - deyə M.Qənbərov qeyd edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Neuralink" implantı üçüncü insanının beyninə qoyuldu
Həlak olan ekipaj üzvlərinin ailələrinə Prezident təqaüdü təyin edildi -MƏBLƏĞ
Azərbaycanda jurnalist vəfat etdi - Foto