Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11191
az

Kim Çen In öz fotoqrafını da cəzalandırdı: İki metrdən yaxın olmazmış…

00:0823 Mart, 2019
939
DÜNYA
  • A
 
Şimali Koreyadan tez-tez kiminsə ölkənin rəhbəri Kim Çen Inın qəzəbinə tuş gəlməsi barədə xəbərlər eşidirik. Bu dəfə cəzalandırılan onun şəxsi fotoqrafı olub.

Bizimyol.info xəbər verir ki, fotoqraf Kim Çen Inın şəklini çox yaxından çəkdiyinə görə həm işini itirib, həm də Koreyanın hakim Əmək partiyasından çıxarılıb. O, Şimali Koreyanın nüfuzuna zərbə vurmaqda günahlandırılıb.

İddia olunur ki, fotoqraf qaydaları pozub. Sən demə, Kim Çen Inın fotosunu iki metrdən yaxın məsafədən çəkmək olmazmış. Amma o, bu qaydaya əməl etməyib.

Bundan başqa, fotoqraf düz Kimin qarşısında dayanmaqla, bir neçə saniyə ərzində onun önünü kəsib, Şimali Koreya lideri toplaşanları görə bilməyib.

Sonradan məsələ ilə əlaqədar müzakirə aparılıb və 47 yaşlı fotoqrafın işindən uzaqlaşdırılmasına qərar verilib.

Bu yaxınlarda Vyetnamın paytaxtı Hanoyda ABŞ-Şimali Koreya liderlərinin görüşündə də Kim Çen Inı şəxsi fotoqraf kimi o, müşayiət etmişdi.

Hadisənin baş verdiyi toplantının videogörüntülərinə də bununla əlaqədar redaktə edilib. Fotoqrafın düşdüyü bütün kadrları kəsib çıxarıblar. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xerson vuruldu: Ölənlər var
QORXUNC HADİSƏ: 15 nəfər evə gətirilən meyitdən koronavirusa yoluxdu
Dəhşətli video: Asfalt çökdü,altından qaynar su çıxdı

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu