Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111907
az

Səfirlik sülhməramlılara görə Azərbaycana təşəkkür etdi

19:0712 İyun, 2024
77
SİYASƏT
  • A

Rusiya hərbçiləri Azərbaycan ərazisini tərk edərək daimi dislokasiya yerlərinə qayıdıblar.

 

Oxu24.com xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Səfirlik sülhməramlı kontingentin canlı qüvvəsinin və texniki vasitələrinin daşınması ilə bağlı məsələlərinə dəstəyinə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.

Vətən Müharibəsindən sonra Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyasının sülhməramlı kontingentinin ölkəmizin ərazisindən çıxarılması prosesi iyunun 12-də başa çatıb.

Sülhməramlıların yerləşdiyi Xocalı hava limanında Azərbaycan bayrağı qaldırılıb. 2023-ci ilin sentyabrın 19-20-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən uğurlu antiterror əməliyyatından sonra artıq misiyanın fəaliyyətinə böyük ehtiyac qalmayıb.

2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Heç bir partiyaya ödənişsiz efir vaxtı verilməyəcək?
Vüqar Bayramov seçki ilə bağlı qərarını açıqladı
Prezident Zirvə toplantısında iştirak edir

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Səidin meyiti tapıldı- Video
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Yabanı halda bitmiş çətənə kolları məhv edildi