Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111902
az

Lisey və gimnaziyalara qəbulla bağlı yeni məlumat

18:4412 İyun, 2024
59
CƏMİYYƏT
  • A

2024-2025-ci tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara ərizə qəbulu iyunun 13-də saat 15:00-da yekunlaşır.

 

Təhsil İnstitutundan Oxu24.com-a bildirilib ki, lisey və gimnaziyalara şagird qəbulu mərkəzləşdirilmiş imtahan əsasında həyata keçirilir. Bunun üçün valideyn (və ya qanuni nümayəndə) şəxsi kabinetində “Sorğu yerləşdir” bölməsinə daxil olaraq “Mərkəzi imtahanla qəbul” düyməsini sıxmaqla imtahanın keçiriləcəyi mərkəzi seçməlidir.

Şagirdlər əvvəlcə mərkəzləşdirilmiş qəbul imtahanında iştirak etməli, sonra isə topladıqları bala müvafiq olaraq təhsil almaq istədikləri lisey və ya gimnaziyaların seçimini aparmalıdırlar. İmtahan zamanı şagirdlərə tədris dili və riyazi təfəkkürü ölçən standart və qeyri-standart suallar təqdim ediləcək.

Mərkəzləşdirilmiş qaydada qəbul prosesi keçirilən lisey və gimnaziyalar haqqında məlumatı linkdən əldə etmək olar. Müvafiq lisey və gimnaziyalara qəbul qaydaları ilə buradan tanış ola bilərsiniz.

Qeyd edək ki, lisey və gimnaziyalara qəbul imtahanı 7 və 8-ci siniflər üzrə iyunun 21-də, 6-cı siniflər üzrə iyunun 22-də, 5-ci siniflər üzrə iyunun 23-də keçiriləcək.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Nəticələr Xameneiyə təqdim olunacaq
İranın azərbaycanlı prezidentinin qələbəsi RƏSMƏN TƏSDİQLƏNDİ
Məşhur aktrisa ilk dəfə ana olacaq -FOTO

Berlin səmasında MÜƏMMA: almanların başlarının üzərində “qara üzüklər” fırlanır -VİDEO

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Baş nazir Putinlə görüşə bu avtomobildə getdi - VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Gündə 2 mixək çeynəyin - Bir Həftədən Sonra nəticəsin görün (VİDEO)
Qohumunu güllələyən 29 yaşlı şəxs saxlanıldı