Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111901
az

Türkiyə zirehli texnikası Gürcüstan ordusu ilə xidmətdədir

18:2612 İyun, 2024
274
  • A

Gürcüstan Müdafiə Nazirliyi Türkiyədən NATO standartlarına uyğun hazırlanmış “Vuran” zirehli texnikasının partiyasını alıb.

 

Oxu24.com xəbər verir  ki,bu barədə Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Məlumata görə, minadan qorunan maşınlar Türkiyə tərəfi ilə bağlanmış müqavilə əsasında Gürcüstana verilib.

 

Avadanlıqların təhvil verilməsi mərasimi Gürcüstandakı Vaziani hərbi bazasında baş tutub.

 

Müdafiə Nazirliyi qeyd edir ki, “Vuran” zirehli texnikası NATO standartlarına uyğun təchiz edilib və ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə, həmçinin Gürcüstan və Türkiyə arasında əlaqələrin dərinləşməsinə mühüm töhfə verəcək.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR