2016-cı ildə İstanbulda qətlə yetirilən Azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskinin ölümündən 3 il əvvəl Ukraynanın Kiyev şəhərində keçirdiyi “sxodka”nın bəzi təfərrüatları məlum olub.
Oxu24.com xəbər verir ki, Lənkəranski “sxodka”da varislərinin adlarını açıqlayıb.
Belə ki, o, oğru qanunlarının kasıbların və zəiflərin konstitusiyası adlandırıb. O, buna oğruların kodeksi kimi baxdığını deyib. Ölənə qədər bu kodeksi yaşadacağını bildirən Lənkəranski, öləcəyi halda bu kodeksin Hacı Beyləqanski və Ülfət Tağıyev (Rüfət Gəncinski) tərəfindən davam etdiriləcəyinə inandığını söyləyib:
“Hər kəsin həyatda bir səhvi olub, ya var. Həmçinin mənim də. Amma qalxmasına imkan vermədiyim insanlar olub ki, qalxsaydılar, çoxları onların işgəncələrinə tuş gələrdi. Etdiyim hərəkətlərin hamısı mənim adıma yazıldığını dərk etdiyim üçün, cəzaları cəzalıya qanunlar çərçivəsində tətbiq etmişəm. Mənim yaxınlarım çox yaxşı bilir ki, çox danışmağı sevməsəm də, bəzi hallarda susmağı da bacarmıram. Lazım gələndə, lazım olanı edib, haqqı haqsıza başa salıram. Bu, mənim qanuni, insani və vəzifə borcumdur. Mən “oğru” Rövşənəm. Mənim üçün “oğru” qanunları alidir və yüksəkdir. Hesab edirəm ki, “oğru” qanunu zəiflərin, kasıbların konstitusiyasıdır. Və mən buna oğruların kodeksi kimi baxıram. Mən bu kodeksi ölənə kimi yaşadacam. Məndən sonra bu kodeksi Hacıbaba, Ülfət və onların dəstəkçiləri yaşadacaq. Hər ikisi gənc olsa da, parçalanmamağı, dik durmağı, sağ və sollarını görüb, doğru şəkildə ətraflarını idarə etmək potensiallarına malikdirlər. Hacı və Ülfət yalnız irəli getmək üçün düzgünlüyü gənc yaşlarında öyəniblər. Buna görə də gənc yaşlarında “oğru” masasında əyləşiblər. Amma onların da səhvi daxili qanunlar çərçivəsində əfvedilməzdir. Oğru qanunlarına riayət hər bir şəxsin insani borcudur. Atdıqları hər addım insanların yaxşı və ya pis reaksiyasına səbəb olacaq”.
Oxu24.com
ŞƏRHLƏR