Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111897
az

Argentina hücum təyyarələrini Ukraynaya təhvil verəcək

18:1412 İyun, 2024
97
DÜNYA
  • A

Argentina hökuməti Ukraynaya gəmi əleyhinə raketlər daşıya bilən beş Super Etendard daşıyıcısı əsaslı hücum təyyarəsi verməyi planlaşdırır. Müvafiq transfer planı Argentinanın müdafiə naziri Luis Petri və xarici işlər naziri Diana Mondino tərəfindən hazırlanıb. Bundan əlavə, Super Etendard hücum təyyarəsinin transferini Argentina prezidenti Xavyer Miley dəstəkləyib.

 

Oxu24.com xəbər verir ki, bu barədə “Infobae” məlumat yayıb.


Argentina bu təyyarələri 2017-ci ildə Fransadan alıb və Böyük Britaniyanın Argentinaya müəyyən hərbi ehtiyat hissələrinin satışına embarqo qoyması səbəbindən onları istismara verə bilməyib.

 

Argentina təyyarələri Ukraynaya təhvil verərsə, Britaniya və Fransa onları lazım olan hər şeylə təchiz etməyə hazırdır. Bundan əlavə, Fransa təyyarənin istifadə etdiyi Exocet gəmi əleyhinə raketlərini də ötürə bilər.

 

Ukraynaya bu dəstək addımı Rusiyanın Ukraynadakı təcavüzünə qarşı mübarizəyə qoşulmaq istəyən Argentinanın hazırkı hökuməti tərəfindən müsbət qarşılanıb.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Kiçik məqsədlər uğur gətirməz" - Dünyanın ən zəngin adamlarından 20 sitat
"O ses Türkiye"nin yeni münsifləri açıqlandı - O da olacaq...
Vinisius ən yaxşı seçildi

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Avtobus "Kamaz"la toqquşdu: xəsarət alanlar var -VİDEO