Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111894
az

Ərdoğan İspaniyaya getdi

17:5112 İyun, 2024
56
SON DƏQİQƏ
  • A

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iki günlük rəsmi səfər üçün İspaniyaya gedib.

Oxu24.com xəbər verir ki, Ərdoğan bu gün Madriddə İspaniya kralı və baş naziri ilə görüşəcək.

Türkiyə prezidenti ilə birlikdə xanımı Əminə Ərdoğan, Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdemir Göktaş, Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar, Xəzinə və Maliyyə Naziri Mehmet Şimşək, Sənaye və Texnologiya Naziri Mehmet Fatih Kaçır, Kənd Təsərrüfatı və Meşə Naziri İbrahim Yumaklı , Ticarət naziri Ömər Bolat, Türkiyə Böyük Millət Məclisinin sədr müavini Cəlal Adan, Prezident Administrasiyasının İşlər müdiri Metin Kıratlı, MİT sədri İbrahim Kalın, Prezidentin Xarici Siyasət və Təhlükəsizlik Baş müşaviri səfir Akif Çağatay Kılıç və Prezident Administrasiyasının Kommunikasiyalar üzrə Müdir müavini Çağatay Özdəmir də Madridə yola düşüb.

Gündəmdə Qəzza olacaq...

Prezidentin danışıqlarında ən mühüm mövzulardan biri Qəzza olacaq. Xatırladaq ki, İspaniya mayın 28-də Fələstini rəsmən tanıdığını bildirmişdi. Ərdoğan bu qərarı təqdir etdiyini də vurğulayıb. Prezidentin ispaniyalı həmkarı ilə ətraflı qiymətləndirmələr aparacağı gözlənilir. İsrailin Qəzzaya hücumlarının dayandırılması və bölgədə daimi sülhün təmin edilməsi prioritet mövzulardandır.

Bundan başqa, səfər zamanı qlobal hadisələr və Türkiyə-İspaniya əlaqələri də müzakirə olunacaq. Ərdoğan baş nazir Sançeslə birlikdə Türkiyə və İspaniya arasında 8-ci hökumətlərarası sammitə sədrlik edəcək. Sammitdə ticarət, maliyyə, mədəniyyət və idman sahələrində də bir çox müqavilələrin imzalanması planlaşdırılır. Türkiyə və İspaniya iş adamlarının qatılacağı biznes forumun açılışında Ərdoğanın da iştirakı gözlənilir.

Yeganə

Mənbə:Trthaber.com
 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

SON DƏQİQƏ! Sudan meyiti tapılan şəxs görün kimdir - Axtarılırdı...
Bakıda bina yanır
Ermənistan-Azərbaycan sərhədində zəlzələ olub

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Səidin meyiti tapıldı- Video
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Yabanı halda bitmiş çətənə kolları məhv edildi