Rusiyanın xarici işlər naziri Sergey Lavrov yaxın gələcəkdə Donbasa səfər etmək arzusunda olduğunu bildirib.
Oxu24.com-un xəbərinə görə, Lavrov Donbasa səfəri zamanı Xarici İşlər Nazirliyinin nümayəndəliklərində çalışan şəxslərlə müzakirələr aparmağı planlaşdırır.
Lavrov həmçinin cəbhə xəttindəki insanlarla ünsiyyət qurmaq istəyir. Lavrov bundan əvvəl demişdi ki, nasizmin dirçəlməsi təhlükəsi ABŞ siyasəti ilə bağlıdır:
"Hadisələrin bu cür inkişafı təhlükəsi, təəssüf ki, ABŞ və onun avropalı müttəfiqlərinin millətçi, ultra-radikal və açıq-aşkar neonasist əhval-ruhiyyəni hər cür formada aşırmağa çalışan siyasəti nəticəsində mövcuddur".
Yeganə
Mənbə: TASS.ru
Həmçinin oxuyun: //oxu24.com/az/dunya/111859/lavrovdan-nasizmin-dircelme-tehlukesi-barede-xeberdarliq/
Oxu24.com
ŞƏRHLƏR