"Almaniyada qadınlar üçün məcburi hərbi xidmət tətbiq edilməlidir".
Oxu24.com xəbər verir ki, Almaniyanın "Zeit" qəzeti bu təşəbbüslə çıxış edən bəzi alman siyasətçilərinə istinadən yazıb.
Qəzet Bundestaqdakı Xristian Demokratik İttifaqı (CDU) fraksiyasının rəhbərinin müavini Yohan Vadefulun sözlərindən sitat gətirib:
“Düşünürəm ki, dövrümüzdə artıq cinslər arasında fərq qoya bilmərik".
Onun sözlərinə görə, qadınların xidmətə cəlb edilməsinə ən qısa zamanda başlamaq lazımdır. Vadefulun "Seral" fraksiyasındakı həmkarı da eyni təşəbbüslə çıxış edib.
Yeganə
Mənbə: Mk.ru
ŞƏRHLƏR