Rusiya Müdafiə Nazirliyi Leninqrad hərbi dairəsinin raket qüvvələrinin qeyri-strateji nüvə qüvvələrinin təlimlərinin ikinci mərhələsinə başlayıb.
Oxu24.com xəbər verir ki, bu qüvvələr ölkənin qərbində və şimalında NATO ilə sərhədə nəzarət edir.
Nazirliyin məlumatına görə, raket qüvvələri “İskəndər”lərin istifadəsini sınaqdan keçirir. Xüsusilə, onların vəzifəsi qeyd olunan kompleks üçün xüsusi təlim sursatları almaq, onları daşıyıcı raketlərlə təmin etmək və buraxılışa hazırlıq zamanı mövqelər ətrafında gizli şəkildə hərəkət etdirməkdir. Bundan əlavə, Hərbi Dəniz Qüvvələrinin gəmiləri təlimlərdə iştirak edir. Onlar dəniz qanadlı raketləri alır və patrula çıxırlar.
Manevrlərin ikinci mərhələsi dünən başlayıb və ona Belarus hərbçiləri də qoşulub. Üç mərhələ var. Birincisi, Ukrayna və Polşa ilə sərhədlərə nəzarət edən Cənub Hərbi Dairəsində olub, mayın 21-də başlayıb və üç həftə davam edib.
Təlimlər Rusiya prezidenti Vladimir Putinin əmri ilə İttifaq dövlətinin suverenliyini və ərazi bütövlüyünü qorumağa hazır olmaq məqsədilə keçirilir.
Rəsmi Kreml vurğulayıb ki, Qərbin Ukraynaya mümkün qoşun göndərilməsi ilə bağlı bəyanatları taktiki nüvə hücumunun hazırlanması üçün bəhanəyə çevrilib. Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, bu, xüsusi diqqət və xüsusi tədbirlər tələb edən gərginliyin artmasında tamamilə yeni dönüşdür.
Yeganə
Mənbə: Vesti.ru
ŞƏRHLƏR