Hindistan iyunun 15-16-da İsveçrədə Ukrayna üzrə keçiriləcək sülh konfransında iştirak etmək qərarına gəlib.
Oxu24.com xəbər verir ki, bu barədə brifinqdə xarici işlər nazirinin birinci müavini Vinay Kvatra bildirib.
"Hindistan sülh sammitində müvafiq səviyyədə iştirak edəcək və hazırda bu məsələyə baxılır",-deyə Kvatra bildirib.
Diplomatik idarənin nümayəndəsi onu da əlavə edib ki, İsveçrəyə konkret kimin gedəcəyi ilə bağlı qərar hələ verilməyib. O, bu məlumatı daha sonra açıqlayacağına söz verib.
Daha əvvəl bildirilmişdi ki, Ukrayna üzrə sülh konfransında iştirak etməyi planlaşdıran ölkələrin sayı 93-dən 78-ə enib.
Yeganə
Mənbə: RİA.ru
ŞƏRHLƏR