Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111857
az

“BakuBus” Bakıdan Zaqatala, Bərdə və Tərtərə sərnişin daşıyacaq

16:0012 İyun, 2024
100
  • A

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Bakı-Zaqatala, Bakı-Bərdə, Bakı-Tərtər şəhərlərarası, paytaxtın 120 və 140 nömrəli şəhərətrafı, eləcə də 120E, 121E və 140E nömrəli ekspres avtobus marşrutlarını müsabiqəyə çıxarıb.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.

Paytaxtın 120 və 140 nömrəli şəhərətrafı, 120E, 121E və 140E nömrəli ekspres avtobus marşrutları, eləcə də “Bakı-Zaqatala-Bakı” və “Bakı-Bərdə-Bakı” marşrutları üzrə hüquqi şəxs “BakuBus” MMC;

“Bakı-Tərtər-Bakı” marşrutu üzrə 2 hüquqi şəxs - “BakuBus” MMC və “Uğurlu Yol” MMC komissiya üzvləri tərəfindən ən çox bal toplayaraq qalib elan olunublar.

Qeyd edək ki, şəhərlərarası marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim ediləcək. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin edilməsidir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmadı
Naxçıvanda qəza - Xəsarət alanlar var
Bakıda mənzildə meyit tapıldı

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Uşaq arabasından oğurluq edən şəxs saxlanıldı