NATO-nun baş katibi Yens Stoltenberq və Macarıstanın baş naziri Viktor Orban razılaşıblar ki, Macarıstan NATO-nun Ukraynaya yardım səylərində iştirak etməyəcək.
Oxu24.com xəbər verir ki, eyni zamanda, Budapeşt Şimali Atlantika Alyansının iyulda keçiriləcək sammitdə belə bir qərar qəbul etməsinə mane olmayacaq.
“Biz razılaşdıq ki, Macarıstan digər müttəfiqlərin Ukraynaya uzunmüddətli yardım və NATO-nun Ukraynaya yardımın koordinasiyasında aparıcı rolu ilə bağlı qərarlarına mane olmayacaq, lakin eyni zamanda Macarıstan bunun bir hissəsi olmayacaq”, - Stoltenberq bildirib.
Stoltenberq həmçinin qeyd edib ki, o, “Macarıstanın mövqeyini qəbul edir”.
Oxu24.com
ŞƏRHLƏR