Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111842
az

İsrail fələstinlilərin vergilərini yenə müsadirə edir: 35 milyon dollar...

14:1712 İyun, 2024
67
DÜNYA
  • A

İsrailin maliyyə naziri Bezalel Smotriç fələstinlilərin haqqı olan vergi fondunu azaltmaq qərarına gəlib.

Oxu24.com xəbər verir ki, sözügedən məbləğ 35 milyon dollardır.

Həmin məbləğ müharibədə həlak olan israillilərin ailələrinə köçürüləcək. İsrail iki ilə yaxındır ki, Fələstinin vergi fondlarını kəsir. Bu təcrübə 7 oktyabr hücumlarından sonra daha da sürətlənib.

Keçən ilin noyabrında İsrail Nazirlər Şurası Fələstin hökuməti adından toplanan vergi fondundan Qəzza və fələstinli məhbuslara ayrılan məbləğin azaldılmasına qərar verib. 1994-cü ildə Fələstin Azadlıq Təşkilatı ilə imzalanan Paris İqtisadi Protokoluna uyğun olaraq, İsrail rəhbərliyi Fələstin administrasiyası adından nəzarətində olan sərhəd qapılarından vergi yığırdı. Fələstin xəzinəsinə hər ay təxminən 190 milyon dollar köçürürdü.

Yeganə

Mənbə: Trthaber.com
 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qazaxıstan - Rusiya sərhədində zəncirvari qəza- 40-dan çox avtomobil toqquşdu
Rusiyada "Şaxta baba" biznesmeni      qətlə      yetirdi
Suriyaya elan olunmamış     səfər     etdilər

Sağlamlığınıza belə nəzarət      edə      biləcəksiz

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Qaxda azyaşlı qızı yük    maşını      vurdu