Fələstinin HƏMAS radikal hərəkatı ABŞ prezidenti Co Baydenin Qəzza zolağında atəşkəs planını faktiki olaraq rədd edib.
Oxu24.com xəbər verir ki, adının açıqlanmasını istəməyən İsrail rəsmisinin məlumatına görə, HƏMAS bütün əsas və ən əhəmiyyətli parametrləri dəyişib və Baydenin təqdim etdiyi girovların azad edilməsi təklifini rədd ediblər.
HƏMAS nümayəndələrindən biri isə bildirib ki, sülh planının rədd edilməsi Qəzza zolağında hərbi əməliyyatların tam dayandırılmasına və İsrail qoşunlarının çıxarılmasına səbəb olacaq atəşkəs zərurəti ilə bağlıdır.
Yeganə
Mənbə: Reuters.com
Oxu24.com
ŞƏRHLƏR