Rusiya prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə telefon danışığı aparıb.
Oxu24.com xəbər verir ki, bu barədə Kremlin Teleqram kanalında məlumat verilib.
Belarus rəhbərinin Putini Rusiya Günü münasibətilə təbrik etdiyi qeyd olunur. Bundan əlavə, prezidentlər mayın 24-də Minskdə keçirilən danışıqlarda əldə olunmuş razılaşmalar nəzərə alınmaqla ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi barədə danışıblar.
“İttifaq dövləti çərçivəsində qarşılıqlı fəaliyyətin bəzi praktiki aspektlərinə də toxunulub”, -deyə Kremlin məlumatında bildirilib.
Xatırladaq ki, Vladimir Putin mayın 23-ü axşam saatlarında Belarusa iki günlük rəsmi səfərə getmişdi. Ertəsi gün Minskdəki Müstəqillik Sarayında dövlət başçıları arasında geniş danışıqlar aparılıb.
Yeganə
Mənbə: TASS.ru
ŞƏRHLƏR