Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111832
az

Seçki Məcəlləsi ilə bağlı yenilik

14:2012 İyun, 2024
104
SİYASƏT
  • A

Yeni nəsil şəxsiyyət vəsiqəsi sahiblərinin seçki prosesində iştirakı asanlaşdırılır.

Oxu24.com xəbər verir ki, bununla bağlı Seçki Məcəlləsinə dəyişiklik edilməsi təklif olunub.

Dəyişikliyə görə, 2018-ci ildən Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələri tətbiq edilir. Bununla əlaqədar “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanununda dəyişikliklər edilib, Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi Azərbaycan Prezidentinin 2012-ci il 7 fevral tarixli 577 nömrəli Fərmanı ilə təsdiq edilib.

Təsdiq edilmiş şəxsiyyət vəsiqəsinin üz tərəfində əvvəl verilmiş şəxsiyyət vəsiqələrindən fərqli olaraq vəsiqənin verilmə tarixi deyil etibarlılıq müddəti göstərilir.

Seçki prosesində iştirak edən yeni nəsil şəxsiyyət vəsiqələri sahiblərinin rastlaşdığı problemi aradan qaldırmaq üçün Seçki Məcəlləsinin müvafiq normalarını yeni qanunvericilik aktlarına uyğunlaşdırılması zərurəti yaranıb. Bu məqsədlə “Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi hazırlanıb. Bundan sonra seçki prosesində iştirak edəcək yeni nəsil şəxsiyyət vəsiqə sahiblərinin məlumatlarında şəxsiyyəti təsdiq edən seriyası, nömrəsi və verilmə tarixi ilə yanaşı etibarlılıq müddəti də qeyd olunacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezidentin Qusarda vətəndaşlarla səmimi görüntüləri- Video
Azərbaycan Monteneqroya     başsağlığı      verdi
AZAL-ın təyyarəsini vuran rus komandirin etirafı- "İki raket atılıb"

Sağlamlığınıza belə nəzarət      edə      biləcəksiz

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Qaxda azyaşlı qızı yük    maşını      vurdu