Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111820
az

Təcrübəli pilotlara ehtiyac var

12:5412 İyun, 2024
106
SİYASƏT
  • A

Rusiya-Ukrayna müharibəsinin səngiyəcəyi proqnozlaşdırılmır.

Rusiya öz hərbi-sənaye kompleksini gücləndirib və müharibəyə göndərdiyi hərbi texnikanın sayını artırıb.

Oxu24.com xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, Ukrayna hərbi texnik və sursat sarıdan zəifləsə də, ABŞ və Avropa ölkələri son aylarda Ukraynaya hərbi dəstəyin miqyasını artırıblar:

“Ukraynanı hərbi təhcizat göndərən ölkələri Rusiyadakı hərbi obyektlərə zərbə endirməyə icazə veriblər. Bu, müharibənin hələ uzun müddət davam edəcəyinin əlamətidir.

Fransanın “Mirage-2000” qırıcı təyyarələrini Ukraynaya təhvil verməyə hazırlaşması müharibənin miqyasını genişləndirəcək. 1970-ci illərdə hazırlanan “Mirage- 2000” təyyarələri artıq Fransada istifadə olunmur. 

Fransa bu təyyarələri idarə etmək üçün ukraynalı pilotların hazırlanmasını həyata keçirəcək. Təlimlər Fransada keçiriləcək. İlin sonuna qədər ukraynalı pilotların təmiləri başa çatacaq”. 

Politoloq sözlərinə görə, ABŞ və Fransa ukraynalı pilotların hazırlıqlarına başlayarkən, Vaşinqton NATO-nun bir qrup pilotunun əməllərindən narahatdırlar:

““Financial Times” dərgisinin yazdığına görə, Çin Müdafiə Nazirliyi NATO pilotlarını ölkəyə dəvət edərək çinli pilotlara kurs keçmələrini istəyir. Çin bu məqsədlə özəl şirkətlərin imkanlarından istifadə edir. Özəl şirkətlər elanlar verərək yüksək maaş müqabilində NATO ölkələrinin keçmiş hərbi pilotlarını Çində işə dəvət edirlər.

Cənubi Afrika Respublikasında fəaliyyət göstərən bir sıra özəl şirkətlərin vasitəsilə Böyük Britaniyanın 20-yə yaxın keçmiş pilotu Çində fəaliyyətə başlayıb. 

Keçmiş pilotları yüksək maaş vədi cəlb edir.

Həmin pilotlar həm çinli pilotlara kurs keçir, həm də vaxtilə idarə etdikləri hərbi təyyarələr barədə təcrübələrin ilə bölüşürlər. ABŞ bu prosesin qarşını almağa çalışsa da, keçmiş pilotlara alternativ təklif edə bilmir.

Çinin peşəkar hərbi pilotlara ehtiyacı Tayvan ətrafındakı vəziyyətlə də bağlıdır. 

Çin Tayvan adasını daimi mühasirədə saxlamağa çalışarkən, ətrafda hərbi gəmilərin və havaya qalxan təyyarələrin sayını artırıb. Yaxın müddət ərzində Çinin Tayvan ətrafında təxminən 54 hava kəşfiyyat uçuşu həyata keçirilib.

Pekinin bu taktikası müharibəyə başlamadan Tayvan ətrafında təhlükəsizlik tədbirlərini gücləndirməkdir”. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ Gürcüstan rəsmilərini sanksiyalarla VURDU
Ermənistan RAZILIQ VERDİ -Bu baş verərsə, Azərbaycanla sərhədə...
Ceyhun Bayramov Fidanla Suriyada humanitar yardım planlarını müzakirə edib

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Axtarışa verilən yeniyetmə tapıldı