Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111814
az

"COP29 komandası qlobal tərəfdaşlıqları inkişaf etdirməyə çalışır" - Nazir

12:1412 İyun, 2024
660
CƏMİYYƏT
  • A

Qlobal karbon emissiyalarının təxminən 2%-ni aviasiya təşkil edir və bu sahə son onilliklərdə dəmir yolu, avtomobil və dəniz nəqliyyatından daha sürətlə böyüyür.

Oxu24.com xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Bakıda keçirilən Ümumdünya Aeronaviqasiya Sammiti və Azərbaycan Mülki Aviasiya Aeronaviqasiya Xidməti Təşkilatının (CANSO) 28-ci illik ümumi iclasında deyib.

“COP-a ev sahibliyi edən növbəti ölkə seçildikdən sonra Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) hər kəs üçün uğur hekayəsinə çevrilməsini təmin etmək gərəkdir. Bu məqsədlə bütün ölkələr və maraqlı tərəflərlə fəal şəkildə qarşılıqlı əlaqə qurulur. COP29 sədrliyi bütün fikirləri və mövqeləri dinləmək üçün artıq Afrika, Karib dənizinin kiçik ada dövlətləri, Mərkəzi Asiya, Avropa və Şimali Amerika da daxil olmaqla dünyanın müxtəlif yerlərində olub”, - o bildirib.

M.Babayev vurğulayıb ki, komanda COP29-da ümumi məqsədə nail olmaq üçün ölkələri, sənayeləri və s. birləşdirərək qlobal tərəfdaşlıqları inkişaf etdirməyə çalışır: “Qlobal aviasiya sənayesinin bütün liderlərini problemi qətiyyətlə qəbul etməyə çağırıram. Səyləriniz, innovasiyalarınız və öhdəliyiniz aviasiyanın davamlı gələcəyinin formalaşdırılması üçün çox vacibdir. Biz birlikdə bütün dünyada hava hərəkətinin idarə edilməsinin səmərəliliyini artıra və ümumi iqlim məqsədlərimizə nail olmaq üçün əhəmiyyətli töhfə verə biləcəyik”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

AİB Azərbaycanda ilk dəfə dövlət sektoruna kredit ayırıb
Sabah Azərbaycana qış fəsli bu saatda daxil olacaq
İxracdan əldə edilmiş 70,2 milyon manat Azərbaycana qaytarıldı

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Erməni hərbi cinayətkarların işi Bakı Hərbi Məhkəməsinin sədrinin icraatına verilib