Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111806
az

Kolumbiyanın xarici işlər nazirindən Qəzza üçün ÇAĞIRIŞ

11:3712 İyun, 2024
74
DÜNYA
  • A

Kolumbiyanın xarici işlər naziri Luis Gilberto Murillo İordaniyanın ev sahibliyi ilə Ölü dəniz bölgəsində başlayan "Qəzzada Təcili Humanitar Müdaxilə Konfransı"nda çıxış edib.

Oxu24.com xəbər verir ki, İsrailin Qəzzaya hücumlarının qəbuledilməz olduğunu vurğulayan Murillo, dərhal atəşkəs üçün beynəlxalq birlik və həmrəyliyin təmin edilməsinin lazım olduğunu bildirib.

Qəzzada ürək parçalayan hadisələrin yaşandığını bildirən Murillo qeyd edib:

"Fələstin xalqı bu gün soyqırımla üz-üzədir, bunu açıq şəkildə bildirməliyik, orada ədalətsiz müharibə gedir. Beynəlxalq ictimaiyyət təcili və təsirli şəkildə müdaxilə etməlidir. Humanitar yardımlar heç bir maneə olmadan fasiləsiz təmin edilməlidir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstin probleminin qalıcı həllini təşviq edən bütün qətnamələrini dəstəkləyirik. Dərhal atəşkəs yaradılmalı, girovlar azad edilməli və humanitar yardımlar edilməlidir".

Cənubi Afrikanın Beynəlxalq Ədalət Məhkəməsində (ICJ) İsrailə qarşı açdığı işdə iştirak etdiklərini xatırladan Murillo, Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) baş prokuroru Kərim Xanın İsrail hökuməti ilə bağlı qərarını da dəstəklədiklərini qeyd edib.

Bu, hamımızın mənəvi və hüquqi borcudur...

İsraillə diplomatik əlaqələri kəsdiklərini xatırladan Murillo həmçinin qeyd edib: "Hamımız beynəlxalq humanitar hüquqa riayət etməyə borcluyuq. Müdafiəsiz insanlara qarşı tolerantlıqdan, sülhdən və qarşılıqlı hörmətdən əl çəkməməliyik. Bu, hamımızın mənəvi və hüquqi borcudur.

ABŞ-ın açıqladığı BMT Təhlükəsizlik Şurasının atəşkəs planını dəstəklədiklərii qeyd edən Murillo, BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) maliyyə dəstəyinin vacibliyinə də diqqət çəkib. 

Yeganə

Mənbə: Trthaber.com

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Polşa Macarıstandakı səfiri geri çağırdı: "Bunu qeyri-dostluq aktı hesab edirik"
Suriya həbsxanalarında istifadə edilən qorxunc alətlər - VİDEO
Rusiya BMT Təhlükəsizlik Şurasının iclasında raket hücumları mövzusunu qaldıracaq

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Erməni hərbi cinayətkarların işi Bakı Hərbi Məhkəməsinin sədrinin icraatına verilib