Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111803
az

Eyni mənzili fərqli adamlara satdı - 2 milyon 400 min manatlıq dələduzluq

11:3412 İyun, 2024
92
KRİMİNAL
  • A

Çoxsaylı vətəndaş narazılığına səbəb olan “FAM-88” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, istintaqla “FAM-88” MMC-nin təsisçisi Hüseynov Fəxrəddin Balaxan oğlunun həmin cəmiyyətin direktoru Tağıyev Rafiq Nərçə oğlu ilə əlbir olaraq MMC tərəfindən inşa olunmuş yüksək mərtəbəli yaşayış binasında mənzil almaq üçün müraciət etmiş vətəndaşlara qanuni sahibləri olan mənzilləri saxta müqavilə və maliyyə arayışları tərtib edib təkrarən satmaqla 59 şəxsə məxsus ümumilikdə 2 milyon 400 min manatdan artıq pul vəsaitini ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

İstintaq dövründə zərərçəkmiş şəxslərə vurulmuş ziyanın qismən ödənilməsi təmin edilib.

Toplanmış sübutlar əsasında Fəxrəddin Hüseynov və Rafiq Tağıyevə Cinayət Məcəlləsinin 178.4 (dələduzluq, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilərək barələrində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sumqayıt və Abşeronda 26 min manatlıq      oğurluq     edilib
İki sahibkar axtarışa verildi- Milyonlar ölkəyə qaytarılmayıb
Bacısını boğaraq qətlə yetirən qardaş cəzasını          Psixiatrik dispanserdə çəkəcək

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıt və Abşeronda 26 min manatlıq      oğurluq     edilib