Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111788
az

Bu ərazilərə güclü yağış yağdı

10:1512 İyun, 2024
53
CƏMİYYƏT
  • A

İyunun 12-si saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib. Bəzi yerlərdə arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub.

 

Bu barədə Oxu24.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, düşən yağıntının miqdarı Qəbələdə 73 mm, Qubanın Xaltan kəndində 63 mm, Göyçayda 62 mm, Mingəçevirdə 56 mm, Yevlaxda 40 mm, Qubanın Qrız kəndində 33 mm, İsmayıllıda 28 mm, Altıağacda 24 mm, Naftalanda 22 mm, Qaxda 20 mm, Oğuzda 19 mm, Şəkidə 13 mm, Şamaxı, Şahbuz, Quba, Bərdə, Culfa, Tərtər, Qusar, Yardımlı, Şabran, Ordubad, Gədəbəy, Ağdam, Zaqatala, Balakən, Qobustan, Kürdəmir, Sabirabad, Lənkəran, Astara, Göygöldə 9 mm-dək olub.

İyunun 11-i saat 20:55 radələrində Oğuz rayonu Tayıflı, Şirvanlı, Xalxal kəndlərinə diametri 10 mm olan dolu düşüb.

Şərq küləyi arabir Mingəçevirdə 25 m/s, Goranboyda 19 m/s, Göyçay, Naftalanda 18 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27-33, Naxçıvan MR-da 29-31, Aran rayonlarında 30-34, dağlıq rayonlarda 22-27 dərəcə isti olub.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu müəllimlərin də maaşı artacaq - RƏSMİ
Bakının bu küçəsi təmir olunur - VİDEO
Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Qadın çılpaq vəziyyətdə küçəyə çıxdı (18+VİDEO)
Səidin meyiti tapıldı- Video
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Yabanı halda bitmiş çətənə kolları məhv edildi