Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111784
az

Sürət qatarı bu rayonun sakinlərinə də əlçatan oldu

09:4612 İyun, 2024
137
CƏMİYYƏT
  • A

İlk dəfə sürətli sərnişin qatarlarına Ucar və Ləki stansiyalarında dayanacaq verilir.

 

Oxu24.com xəbər verir ki, bunu Azərbaycan Dəmir Yolları QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Sənubər Nəzərova deyib.

Onun sözlərinə görə, ötən ilin sonunda Azərbaycana çatdırılmış 4 “FLİRT” qatarı artıq tam istismara hazırdır:

“Bu gün Ucar və Ləki stansiyası istiqamətində rəmzi səfər təşkil edilir. İstər Ucar, istərsə də Ağdaş rayonları ətrafında 200 minə yaxın sakinə sürətli sərnişin qatarlarından istifadə etmək əlçatan olacaq”.

O, qatarın müasir olmasına da diqqət çəkib:

“Qatarda bar-vaqon, o cümlədən fiziki məhdudiyyətli insanlar üçün xüsusi oturacaqlar var. Burda velosipedlərin saxlanması üçün yer təşkil edilib. Qatarın innovativ təhlükəsizlik sistemi var, bu da sərnişinlərin rahat və təhlükəsiz çatmasına imkan verir”.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Krediti ödəmədən bağlamaq mümkündür? - VİDEO
Qrip hansı halda ölümə səbəb ola bilər?
Təhsil İdarələrində kütləvi ixtisar olub? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda Aliment Fondu yaradılacaq - VİDEO

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Çimnaz Sultanovanın dəfni
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Kabinetlərdə diş çəkilməsi və implant qadağan olunub?- Rəsmi açıqlama
Baş Prokurorluq ermənilərin məhkəməsi barədə    məlumat     yaydı