Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111782
az

İmtahanda ən yüksək balı onlar topladı

09:4612 İyun, 2024
51
CƏMİYYƏT
  • A

Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə 26 may 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

Mərkəzdən OXU24.COM verilən məlumata görə, bu imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni 394.0 bal toplayan Bakı şəhər Humanitar fənlər təmayüllü məktəb-liseyin məzunu Turan Anar oğlu Əliyev göstərib.

O, imtahanın birinci mərhələsində 281,7 bal toplayıb. Hər iki mərhələnin cəminə görə II ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 693,9 bal toplayan Xırdalan şəhər 2 saylı orta məktəbin məzunu Şəbnəm Ramin qızı Novruzova göstərib. O, imtahanın birinci mərhələsində 300, ikinci mərhələsində isə 393,9 bal toplayıb.

Bu imtahanda III ixtisas qrupu üzrə ən yüksək nəticəni 397.0 bal toplayan Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunu Zeynəb Hünər qızı Hacıyeva göstərib. O, imtahanın birinci mərhələsində 290.0 bal toplayıb. Hər iki mərhələnin cəminə görə III ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 692.5 bal toplayan M.Ələkbərov adına Tovuz şəhər məktəbinin məzunu İlahə Rəşad qızı Məhərrəmzadə göstərib. O, imtahanın birinci mərhələsində 300, ikinci mərhələsində isə 392,5 bal toplayıb.

Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kartofun yanına alma qoyanda görün nə baş verir
İkinci əl geyimlər alanlara XƏBƏRDARLIQ: Xəstəliklər yaradır -VİDEO
Bu dərmanlar beyni kiçildir -ŞOK ARŞDIRMA

Berlin səmasında MÜƏMMA: almanların başlarının üzərində “qara üzüklər” fırlanır -VİDEO

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Baş nazir Putinlə görüşə bu avtomobildə getdi - VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Gündə 2 mixək çeynəyin - Bir Həftədən Sonra nəticəsin görün (VİDEO)
Qohumunu güllələyən 29 yaşlı şəxs saxlanıldı