Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111771
az

Bayramov Ukrayna Bərpa Konfransında iştirak etdi

23:5511 İyun, 2024
161
SİYASƏT
  • A

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasına işgüzar səfəri çərçivəsində Ukrayna Bərpa Konfransında iştirak və çıxış edib.

Bu barədə Oxu24.com-a Xarici İşlər Nazirliyindən bildirilib.

Bildirilib ki, çıxışda Ukrayna ətrafında vəziyyətlə əlaqədar Azərbaycan tərəfindən göstərilən humanitar yardımlar, reabilitasiya proqramları və aparılan yenidənqurma işləri barədə ətraflı məlumat verilib, ölkəmizin bundan sonra da öz müvafiq dəstəyini əsirgəməyəcəyi vurğulanıb.

Azərbaycanın hər zaman Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini diqqətə çatdıran nazir Ceyhun Bayramov, ölkəmizin Ukrayna ətrafında yaranmış vəziyyətin ilk günlərindən etibarən hərbi əməliyyatların ən qısa zamanda dayandırılmasını, habelə münaqişənin beynəlxalq hüquq normalarına əsaslanan diplomatik həll yolunun tapılmasını dəstəklədiyini qeyd edib.

Münaqişənin ciddi humanitar nəticələrinin dərin təəssüf doğurduğunu bildirən nazir Ceyhun Bayramov, Azərbaycanın Ukraynaya humanitar dəstək göstərən ilk ölkələrdən biri olduğunu, bu günədək dərman, qida, elektrik generatorları və s. daxil olmaqla, ümumilikdə 40 milyon ABŞ dolları dəyərində yardım edildiyini diqqətə çatdırıb.

Bununla yanaşı, ölkəmiz tərəfindən Ukraynadakı münaqişədən əziyyət çəkən uşaqlar üçün tibbi və sosial-psixoloji reabilitasiya proqramının həyata keçirildiyi, ötən il keçirilən Bərpa Konfransından bu günədək ümumilikdə 154 uşağın bu proqramda iştirak etdiyi bildirilib.

Azərbaycanın Ukraynada infrastrukturun bərpası istiqamətində layihələrə dəstək göstərdiyi, bu xüsusda İrpen şəhərindəki məkəb binasının yenidənqurma işlərinin artıq yekunlaşdığı diqqətə çatdılıb.

İşğaldan azad olunmuş ərazilərində mina təhdidi ilə mübarizə aparan bir ölkə kimi Azərbaycanın minalardan zərər çəkmiş ölkələrlə həmrəyliyin gücləndirilməsini ardıcıl olaraq dəstəklədiyi, Ukraynaya minatəmizləmə sahəsində yardım edildiyi bildirilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Paşinyan     ABŞ-yə     gedəcək
Fatih Birol “Dostluq” ordeni ilə      təltif      edildi
"Azərbaycanla ilk dövlətlərarası sənədimiz var"- Paşinyan

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi