İstanbul Kadıköydə təcili yardım maşınını saxlayaraq içəridə xəstə olub-olmadığını yoxlayan iki nəfərdən biri yaxalanıb.
Oxu24.com xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca da hadisənin görüntülərini paylaşaraq "Bu iki adamda insanlıq görməyəcəksiniz. Qanun onların arxasındadır" deyib.
İstanbulun Kadıköy rayonunda iki nəfər motosikletlə təcili yardım maşınını saxlayıb və içərisində xəstə olmadığını iddia edərək təcili yardım sürücüsü ilə mübahisə edib.
Həkimlər xəstəni göstərəndən sonra əmin olub, oradan uzaqlaşıb.
Görüntülər əsasında polis hərəkətə keçib. İstanbulda təcili yardımın qarşısını kəsən iki şübhəlidən biri Emirhan Baydaroğlu saxlanılıb. Motosiklet sürücüsünün saxlanılması üçün işlərin davam etdiyi qeyd edilib.
Nigar
Oxu24.com
ŞƏRHLƏR