Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111734
az

Vəkillər Kollegiyası və Penitensiar xidmətin rəhbərliyi arasında görüş keçirilib

17:4511 İyun, 2024
124
CƏMİYYƏT
  • A

Ədliyyə Nazirliyi Penitensiar xidmətin rəhbərliyi ilə Vəkillər Kollegiyasının (VK) rəhbər heyəti arasında birgə fəaliyyətin təşkili ilə bağlı görüş keçirilib.

Görüşdə ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi Mirsaleh Seyidov qonaqları salamlayaraq, ədliyyə naziri Fərid Əhmədovun tapşırığına əsasən həbs edilmiş şəxslərin və məhkumların hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində Vəkillər Kollegiyası ilə sıx əməkdaşlığın həyata keçirildiyini qeyd edib.

VK-nın hər zaman məhkumların hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində əməli addımlar atdığını bildirən nazir müavini həbs edilmiş şəxs və məhkumlara peşəkar hüquqi yardımın göstərildiyini, hüquqi maarifləndirmə istiqamətində müxtəlif cəzaçəkmə müəssisələrində mütəmadi tədbirlərin həyata keçirildiyini, təşkil edilən hüquqi yardım tədbirləri zamanı məhkumlara mülki və cinayət qanunvericiliyinin müddəalarının ətraflı izah edildiyini bildirib.

Qəbula görə ədliyyə naziri Fərid Əhmədova və nazir müavini Mirsaleh Seyidova minnətdarlığını ifadə edən VK-nın sədri Anar Bağırov hər iki qurum arasında ilk dəfə bu cür səmərəli görüşün keçirildiyini vurğulayıb, son dövrlər Kollegiyada görülən işlərdən söz açıb, hüquqşünasların vəkilliyə marağının artdığını, o cümlədən Penitensiar xidmətdə aparılan mühüm islahatları xüsusi qeyd edib.

Vəkillərin əsas vəzifəsinin insanlara keyfiyyətli hüquqi yardım göstərməkdən ibarət olduğunu diqqətə çatdıran Anar Bağırov məhkumların qarşılaşdığı hüquqi problemlərin həlli istiqamətində bundan sonra da zəruri tədbirlərin görüləcəyini bildirib.

Görüşdə gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub, mövcud imkanlar qiymətləndirilib. Tərəflər arasında növbəti illərdə məhkumlara ödənişsiz hüquqi yardımın göstərilməsi, eyni zamanda, Kollegiyanın Qadın Vəkillər Alyansı ilə qadın məhkumların saxlanıldığı 4 saylı cəzaçəkmə müəssisəsi arasında birgə tədbirlərin təşkili məsələləri müzakirə edilib.

Sonda qonaqlar Penitensiar xidmətin Baş idarəsinin inzibati binası ilə, eləcə də muzeydə Ulu Öndər Heydər Əliyev və Zəfər şəhidlərinin xatirə guşələri ilə tanış olublar.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu gün həlak olan əsgərin FOTOSU

Siqaret çəkmək haramdır? - AÇIQLAMA
"ChatGPT" bütün dünyada sıradan çıxdı

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Goranboyda 57 yaşlı kişi özünü asdı