Cənubi Afrikanın Ali Məhkəməsi Google-un Rusiyada pravoslav televiziyasına qarşı hərəkətlərinə görə məsuliyyətə cəlb edilməsini təsdiqləyib.
Oxu24.com xəbər verir ki,bu hökm paytaxt məhkəməsinin ana şirkət Google MMC-yə qarşı çıxardığı hökmün inkişafıdır.
Moneyweb xəbər verir ki, məhkəmə Google-un Cənubi Afrikadakı aktivlərinə həbs qoyulması üçün order verib. Qərar Pravoslav Televiziya Fondu kanalının bərpası qərarının icra edilməməsi ilə bağlıdır.
Maraqlıdır ki, Cənubi Afrika məhkəməsi beləliklə Rusiya məhkəmə sistemini “rəqəmsal dövrdə yeni yurisdiksiya mərkəzi” kimi tanıyıb.
Bu o deməkdir ki, bu Afrika ölkəsindəki məhkəmələr gələcəkdə Rusiya məhkəmə təcrübəsini rəhbər tuta və Rusiya məhkəmələrinin qərarlarına əsaslanaraq, aktivlərin üzərinə həbs qoyulması ilə bağlı öz hökmlərini çıxara bilərlər.
Google-un hadisəyə reaksiyası hazırda məlum deyil.
Bundan əvvəl Rusiyada Google xəbərlər bölməsinin fəaliyyətini dayandırdığı bildirilirdi.
Nigar
Oxu24.com
ŞƏRHLƏR