Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111726
az

Kapital Bank istiqrazlarının abunə yazılışı ilə yerləşdirilməsi yekunlaşdı

17:3011 İyun, 2024
156
İQTİSADİYYAT
  • A

Xəbər verdiyimiz kimi, ötən gün Kapital Bank-ın 100 000 000 (yüz milyon) manat həcmində olan istiqraz emissiyasının 50 000 000 (əlli milyon) manat həcmində olan ilk tranşının Bakı Fond Birjasında yerləşdirilməsinə başlanıldı.

İstiqrazların Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə olan yerləşdirilməsi artıq yekunlaşıb. Sifarişin ümumi həcmi 96 091 600 (doxsan altı milyon, doxsan bir min, altı yüz) manat olub. Yerləşdirmədə 42 investor iştirak edib. Yerləşdirilən istiqrazların 22,9%-i fiziki şəxslərin, 77,1%-i hüquqi şəxslərin payına düşüb.

Xatırladaq ki, təklif edilən istiqrazların hər birinin nominal dəyəri 100 manat, illik faiz dərəcəsi 10%, ödəniş dövrü 30 gündən bir, tədavül müddəti 1 ildir. Sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazların yerləşdirmə üzrə anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — //kbl.az/prcrc.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyədə bu bank kartlarından nağd pul çıxarmaq BLOKLANDI
Gələn il ehtiyac meyarı artırılır -Kimlərə sosial yardım veriləcək?
Pensiya alanların NƏZƏRİNƏ: ödəniş yekunlaşdı

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi