Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111716
az

Hansı qohumlar evlənə bilməz? Bu qanun işləyəcəkmi?

17:0211 İyun, 2024
330
CƏMİYYƏT
  • A

Xalaqızı, əmioğlu kimi qohum evliliklərinin qanunla qadağan edilməsi gözlənilir. Düşüncə dəyişməsə, qanunvericilikdə bunu qadağan etməklə effektiv nəticənin əldə olunması mümkün deyil.

Oxu24.com xəbər verir ki, bu sözləri hüquqşünas Şamil Paşayev Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə dəyişikliklərə münasibət bildirərkən deyib.

O bildirib ki, təklif edilən dəyişikliyə əsasən, nənə-babası eyni olanların - əmi, bibi, dayı, xala uşaqlarının nikahı qeydə alınmayacaq:

“Nikahı qadağan etmək şəxslər arasında vətəndaş nikahını qadağan etmir. Şəxslər birlikdə yaşaya bilər. Sadəcə, dövlət qeydiyyatına alınmayacaqlar. Onların uşaq dünyaya gətirməsi, valideynlik hüququnun verilməsi qanunla qadağan edilmir. Bu, sadəcə, nikahsız ailələrin sayının artmasına səbəb olacaq”.

Onun sözlərinə görə, bu təklif qohum evlilikləri istəyən insanları əlavə variantlar tapmağa istiqamətləndirəcək:

“Qohum evliliyinin tibbi fəsadları haqqında bilgiləndirmə işləri aparılmasa, bu işi qadağa ilə aradan qaldırmaq mümkün olmayacaq. Azərbaycanda insanların yalnız öz qohumları və ya öz həmkəndliləri (yenə də uzaq qohumları) ilə evləndiyi ailələr, məkanlar var. Qadağanın tətbiqi onları dayandıra bilməyəcək. Şəxslər gələcəkdə qohumları ilə evlənə bilmək üçün müxtəlif yollar axtaracaqlar. Bura uşaqların övladlığa verilməsindən tutmuş sənəd üzərində qohumluqdan imtina etməyə kimi, müxtəlif variantlar daxildir. Belə olduqda onların rəsmi qohumluğu qalmayacaq və nikaha daxil ola biləcəklər. Onlar bu nikahdan dünyaya gələcək uşaqların xəstə doğulması təhlükəsini dərk etməlidir”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

135 saylı marşrut xəttində gedişhaqqı artırılıb?- Açıqlama
Mərdan Əliyev vəzifəsindən      azad      edildi
"Ay işığı"nın fəaliyyəti məhdudlaşdırıldı- FOTO

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıt və Abşeronda 26 min manatlıq      oğurluq     edilib