Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111711
az

Lavrov İranla əməkdaşlıqdan danışdı

16:3511 İyun, 2024
42
DÜNYA
  • A

"Rusiya və İran arasında əməkdaşlığa dair dövlət sazişinin mətni tam razılaşdırılıb".

Oxu24.com xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov BRİKS ölkələrinin xarici işlər nazirlərinin Nijni Novqorodda keçirilən görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.

Eyni zamanda o, qeyd edib ki, hələlik saziş imzalana bilməz - Tehran bəzi prosedur məsələlərini həll etməkdə qalır:

“Sazişdə qeyd olunan məsələlərlə bağlı bir sıra prosessual və qanunvericilik tədbirlərinin həyata keçirilməsi zəruridir”, - deyə Lavrov bildirib.

O, qeyd edib ki, Rusiya İranla əməkdaşlıq sazişi bağlamağa sadiqdir və bütün texniki məsələlər həll olunan kimi onu imzalamağa hazırdır.

Qeyd edək ki, İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri Kani BRİKS ölkələrinin xarici işlər nazirlərinin iclasında çıxış edərək Rusiya ilə qarşılıqlı əlaqə potensialının böyük olduğunu və yalnız artacağını bildirib. O, iki ölkə arasında əməkdaşlığın daha da səmərəli və uğurlu olacağına və heç bir hadisənin buna təsir edə bilməyəcəyinə əminliyini ifadə edib.

Rusiya və İran arasında yeni saziş üzərində iş 2022-ci ilin sentyabrında Rusiya və İran prezidentləri Vladimir Putin və İbrahim Rəisinin Səmərqənddə keçirilən ŞƏT sammiti çərçivəsində keçirilən görüşündən sonra məlum olub.

Xatırladaq ki, mayın 19-da İranın Şərqi Azərbaycan əyalətində baş verən təyyarə qəzasında prezident Rəisi, həmçinin İranın xarici işlər naziri Əmir Abdullahian və onları müşayiət edən şəxslər həlak olublar. Nijni Novqorodda keçirilən görüş İranın həlak olan nümayəndələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Mənbə: Vesti.ru

Yeganə

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İranda ilk dəfə səslərin sayılması CANLI yayımlanır
"Kiyev müharibədən sona qədər əl çəkməyə hazır deyil"
Kanadada zəlzələ baş verib

Berlin səmasında MÜƏMMA: almanların başlarının üzərində “qara üzüklər” fırlanır -VİDEO

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Baş nazir Putinlə görüşə bu avtomobildə getdi - VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Gündə 2 mixək çeynəyin - Bir Həftədən Sonra nəticəsin görün (VİDEO)
Bacısının şəkillərini internetdə görən qardaş dəhşət saçdı - Təfərrüat