Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111690
az

Yeni avtobus zolaqları şəbəkəsinin tətbiqinə başlanılıb

15:3411 İyun, 2024
265
CƏMİYYƏT
  • A

Bakı şəhərində yeni avtobus zolaqları şəbəkəsinin tətbiqinə başlanılıb.

Oxu24.com xəbər verir ki, Şəmsi Bədəlbəyli küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsindən Rəşid Behbudov küçəsi ilə kəsişməsinədək xüsusi hərəkət zolaqları təşkil edilib. Həmin yol sahəsində avtobus zolağının tələbinə uyğun nişanlanma xətləri çəkilib və müvafiq yol nişanları quraşdırılıb. Yeni avtobus zolaqları şəbəkəsi şəhərdaxili və şəhərətrafı marşrutlar üzrə sərnişindaşımalarında əsaslı keyfiyyət dəyişikliklərinə nail olmaq məqsədilə hazırlanan yeni marşrut şəbəkəsi ilə birlikdə tətbiq edilir. 

Hazırda paytaxtda Şəmsi Bədəlbəyli küçəsi də daxil olmaqla 21 küçə və prospektdə uzunluğu 64,7 km olan xüsusi hərəkət zolaqları təşkil edilib. 

Avtobus zolaqlarının davamlılığının təmin edilməsi, həmçinin yaşayış məntəqələri və mühüm nəqliyyat dəhlizlərini əhatə edən zəncirvari şəbəkənin qurulması məqsədilə daha 31 küçə və prospektdə bu işlər həyata keçiriləcək. 

Yaxın günlərdə daha bir neçə küçəni əhatə edən 44 kilometr uzunluğunda avtobus zolaqlarının təşkilinə başlanılacaq.

Qeyd edək ki, avtobusla sərnişindaşımaları şəhərdə mobilliyin təmin edilməsi baxımından böyük əhəmiyyətə malikdir. Belə ki, avtobus üstünlüyünün təmin edilməsi daha çox sərnişin daşınmasına imkan yaradır, marşrutlarda intervalların qorunmasını təmin edir. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Pirotexniki vasitələr satılan mağazalar aşkarlandı
General-leytenant vəzifəsindən azad edildi
Abituriyent imtahandan çıxarıldı - Onlara xüsusi aparat satan şəxs həbs olundu

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Cinayətdə şübhəli bilinən 21 nəfər saxlanıldı