Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111653
az

15 şəxsə sosial reabilitasiya xidməti göstərilir

13:0011 İyun, 2024
273
CƏMİYYƏT
  • A

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsində fəaliyyət göstərən Məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası şöbəsində hazırda 15 nəfər şəxsə xidmət göstərilir.

Bu barədə Nazirlikdən məluimat verilib.

Bildirilib ki, onlardan 8 nəfəri uşaqlardır. Fərdi iş planı üzrə və digər aidiyyəti qurumlarla qarşılıqlı əməkdaşlıq şəraitində onların sosial reabilitasiyası, sosial statuslarının bərpası istiqamətində işlər aparılır.

2021-ci ildə fəaliyyətə başlayan şöbədə müasir tələbələrə uyğun şərait yaradılıb. Həmin şəxslərin ilkin tibbi müayinəsi, psixoloji-emosional vəziyyətinin qiymətləndirilməsi, hüquqlarının müdafiəsi, onların mədəni-asudə vaxtının təşkili və s. üçün tədbirlər görülür.

Ötən dövrdə burada 23-ü uşaq olan 46 nəfərlə reabilitasiya işi aparılıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sabiq nazir müavininə    ağır       itki
Prezident sərəncam İMZALADI
Bu yolda sürət həddi    bərpa      edildi