Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111652
az

Blinken İsrail müxalifətinin liderləri ilə görüşüb

12:5411 İyun, 2024
39
DÜNYA
  • A

ABŞ dövlət katibi Entoni Blinken İsrail müxalifətinin liderləri ilə görüşüb.

APA "Times of Israel"ə istinadən xəbər verir ki, İsraildə səfərdə olan ABŞ dövlət katibi Təl-Əvivdə Benni Qantz və Yair Lapidlə görüşlər keçirib.

Benni Qantz "X" hesabında görüşlə bağlı paylaşım edərək bildirib ki, görüş bu gün baş tutub.

O, Blinkeni HAMAS-ın saxladığı israilli girovların azad edilməsi ilə bağlı razılığa gəlmək üçün danışıqlardakı vasitəçilərə “maksimum təzyiq” tətbiq etməyə çağırıb və "hökumətdən kənarda bu məsələ ilə bağlı istənilən məsuliyyətli tənzimləməni dəstəkləyəcəyini deyib:

"Girovların geri qaytarılmasına səbəb olacaq istənilən məsuliyyətli planı, hətta hökumətdən kənarda da dəstəkləyəcəm.

Mən həmçinin dövlət katibi Blinkenə bildirdim ki, ABŞ bütün beynəlxalq ictimaiyyətlə birlikdə şimal sərhədində "Hizbullah"ın yaratdığı təhlükənin aradan qaldırılmasında mərkəzi rola malikdir və vurğuladım ki, dünya bunu edə bilməsə, İsrail dövləti şimal sakinlərini qorumaq və onların evlərinə təhlükəsiz qayıtmasını təmin etmək üçün qətiyyətlə hərəkət etməkdən çəkinməyəcək", - o paylaşımında qeyd edib.

Xatırladaq ki, İsraildə səfərdə olan Entoni Blinken bu gün həmçinin Prezident İsaak Herzoqla, dünən isə Baş nazir Benyamin Netanyahu və müdafiə naziri Yoav Qallant ilə görüşüb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İranın yeni prezidenti kim olacaq? -Mümkün ssenarilər və Pezeşkian amili
İzmirdə meşə yanğını başladı
Amerikalı iqtisadçı Ukraynanı xilas etməyin yeganə yolunu adlandırıb

90% kişilərin şəhadət barmağında görünən çapığın sirri -Ajiotajın səbəbi tapıldı

18+

Öldürülən Turalla bağlı şok detal: Qız haqda nə deyibmiş? (18+video)
Turalın ailəsindən tükürpədici açıqlama +VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Corabınızın içərisinə soda tökün və geyinin - Görün,hansı xəstəliyi müalicə edirmiş
Atasını öldürən şəxsin məhkəməsi başlayır