İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ dövlət katibi Antoni Blinkeni Qüdsdəki ofisində qəbul edib.
OXU24.COM xəbər verir ki, bu barədə İsrail hökumət başçısının ofisi məlumat yayıb.
Məlumata görə, iclasda İsrail tərəfdən ölkənin strateji planlaşdırma naziri Ron Dermer və ölkənin Milli Təhlükəsizlik Şurasının rəhbəri Tzahi Haneqbi də iştirak edir.
Ofisdən bildirilib ki, görüşün sonunda İsrail və ABŞ tərəfinin digər rəsmilərinin iştirakı ilə geniştərkibli müzakirələr aparılacaq.
Oxu24.com
ŞƏRHLƏR