Lənkəran-Astara Regional Təhsil İdarəsinin aparatında və rayon təhsil sektorlarında təkrar sertifikatlaşdırmanın nəticələrinə dair müraciətlərə baxılması məqsədilə komissiyalar yaradılıb.
OXU24.COM xəbər verir ki, komissiyaların fəaliyyəti təkrar sertifikatlaşdırma imtahanında keçid balını toplamayan təhsilverənlərlə işin təşkili, onların sosial statuslarının mərhələli şəkildə qiymətləndirilməsi və alternativ iş yeri ilə təmin olunmalarının araşdırılmasından ibarətdir.
Qeyd olunan komissiyalara müraciət etmək üçün vətəndaşlar iyul ayının 30-na kimi Çağrı Mərkəzimizə (146-0-5) zəng etməklə qeydiyyatdan keçə bilərlər.
Əlavə olaraq qeyd edirik ki, təkrar sertifikatlaşdırma prosesi ilə bağlı apellyasiya müraciətlərinin qəbulu 10–13 iyun tarixlərində aparılacaq. Müəllimlər müraciətlərini portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla ünvanlaya bilərlər.
Oxu24.com
ŞƏRHLƏR