Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri səlahiyyətlərini icra edən Əli Bagiri Rusiyanın Nijni Novqorod şəhərində keçirilən görüş əsnasında qarşılıqlı maraq doğuran əsas beynəlxalq və regional məsələləri müzakirə ediblər.
OXU24.COM xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, görüş zamanı BRİCS və ŞƏT çərçivəsində qarşılıqlı fəaliyyət danışıqların əsas mövzularından olub.
Qeyd edək ki, İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri iyunun 10-da Rusiyaya səfər edib. O, BRICS-in xarici işlər nazirlərinin iclasında iştirak edib.
Bizi Telegram-da izləyin
Oxu24.com
ŞƏRHLƏR