Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111596
az

Bu avtobus marşrutları müsabiqəyə çıxarılır

21:1010 İyun, 2024
200
CƏMİYYƏT
  • A

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yaxında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Zəngilan, Bakı-Laçın, Mingəçevir-Laçın, Horadiz-Laçın, Xocalı-Laçın, Xankəndi-Laçın, Xankəndi-Bərdə, Xankəndi-Malıbəyli, Xankəndi-Şuşa, Xocalı-Şuşa, Naftalan-Suqovuşan şəhərlərarası və rayonlararası avtobus marşrutlarını müsabiqəyə çıxarır.

OXU24.COM  xəbər verir ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Sənədlər 9 iyul saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: [email protected]) qəbul ediləcək.

Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təklifləri komissiya tərəfindən Bakı-Laçın (Zəfər yolu), Bakı-Laçın (Bərdə-Ağdam yolu), Bakı-Zəngilan (Ağalı kəndi), Mingəçevir-Laçın və Horadiz-Laçın istiqamətlərində 5 Lot üzrə iyulun 26-da;

Xankəndi-Bərdə, Xocalı-Şuşa, Xankəndi-Şuşa və Xankəndi-Malıbəyli istiqamətlərində 4 Lot üzrə iyulun 30-da;

Xankəndi-Laçın, Xocalı-Laçın, Naftalan-Suqovuşan istiqamətlərində 3 Lot üzrə avqustun 2-də baxılacaq.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xərçəng yaradan əsas qidadır - Hər kəs bəh-bəhlə yeyir: Onkoloq xəbərdarlıq etdi
Yeni virusun Azərbaycanda yayılma ehtimalı yüksəkdir: Necə qorunmaq olar? -VİDEO
"Azərə imtina cavabı gəldi, bu onu çökdürdü"

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Səhiyyə Nazirliyindən yeni yayılan virusla bağlı- Açıqlama
Vətəndaşlardan pulemyot və    avtomatlar     götürüldü