Malavi vitse-prezidenti Saulos Çilimanı və daha 9 nəfəri daşıyan təyyarə radarlardan itib.
Oxu24.com xəbər verir ki, bu barədə BBC ofisin bəyanatına istinadən məlumat yayıb.
Ofis qeyd edib ki, Malavi Müdafiə Qüvvələrinə məxsus təyyarə bazar ertəsi, iyunun 10-da paytaxt Lilonqvedən havaya qalxdıqdan sonra radarlardan itib.
Malavi prezidenti Lazarus Çakvera quru ekipajlarının təyyarə ilə əlaqə saxlaya bilmədiyi üçün axtarış-xilasetmə əməliyyatına göstəriş verib.
Malavi vitse-prezidentini daşıyan təyyarə ölkənin şimalındakı Mzuzu beynəlxalq hava limanına enməli idi, lakin təyin olunmuş vaxtda bunu etməyib.
Malavi prezidenti Lazarus Çakvera fövqəladə vəziyyətlə əlaqədar Baham adalarına səfərini təxirə salıb.
Malavi Cənubi Şərqi Afrikada dənizə çıxışı olmayan bir ölkədir. Ölkənin əhəmiyyətli bir hissəsini eyniadlı göl tutur. Dövlət Tanzaniya, Zambiya və Mozambiklə həmsərhəddir.
Nigar
Oxu24.com
ŞƏRHLƏR