Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11159
az

Azərbaycanın məşhur universitetinin alimi İSTEFA VERDİ - Açıqlaması ilə ŞOK ETDİ

11:0022 Mart, 2019
605
CƏMİYYƏT
  • A
Xəzər Universitetində fəlsəfə dərsi deyən fəlsəfə doktoru Mail Yaqub universitetin ona verdiyi məvacibə etiraz əlaməti olaraq bir müddət öncə istefa verib.

Oxu24.com xəbər verir ki, istefasına Mail Yaqub sosial şəbəkə hesabında aydınlıq gətirib.

Xəzər Universitetində illik təhsilhaqqı ixtisasdan asılı olaraq, ortalama 4000-4500 arasında dəyişir. Ödənişin ödənilməsində isə tələbəyə hər hansı güzəşt edilmir.

Mail Yaqubun açıqlaması isə növbəti bir məsələyə aydınlıq gətirib. Belə ki, təqribən 40 nəfərlik auditoriyaya həftədə 2 dəfə 90 dəqiqə dərs deyən müəllimə bir qrup qarşılığında 160 manat məvacib yazılır. Auditoriyada çox tələbənin olması dərsin keyfiyyətini azaltsa da, demək olar ki, son illər tələbələr qruplara bölünmür (ingilis dili dərsləri istisna olmaqla). Əvvəlcə haqqını rəhbərlikdən tələb edən Mail Yaqub daha sonra etiraz əlaməti olaraq işdən ayrılıb.

“Hər il tələbələrindən fantastik məbləğdə pul yığıb fədakar müəllimlərinə qəpik-quruş əmək haqqı verməklə onları təhqir edən, tələbə və müəllimlərinin fikrinə zərrə qədər də dəyər verməyən universitetin adına Xəzər Universiteti deyilir. Ölkədə geniş miqyasda islahat gedərkən bu universitet özünü uzaq bir ada zənn edir, min bir əzabla çalışan müəlliminə 160 manat əmək haqqı yazır”, - M.Yaqub qeyd edib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Uçuşdan öncə baqajınızın şəkillərini çəkib özünüzdə saxlayın”- ekspertdən vacib müraciət-FOTO+ÖZƏL
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - Fotolar
Bahar taksi sürücülərinə səsləndi:

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda 45 yaşlı kişi ÖLDÜRÜLDÜ - Saxlanılan var